Mebelləri kimyəvi maddələrlə silmək olmaz. Yalnız xüsusi mebel yağları və nəm, yumşaq bezlə təmizlənməsi tövsiyə olunur.
Şüşəli və güzgülü hissələrə ehtiyatla yanaşılmalı, qapılar yavaş bağlanmalıdır.
Mebel istilik mənbəyindən (kamin, radiator və s.) minimum 1 metr uzaqlıqda yerləşdirilməlidir.
Birdən çox siyirməsi olan mebellərdə siyirmələr eyni anda açılmamalıdır.
Şüşə rəflərə maksimum 5 kq, taxta rəflərə isə maksimum 10 kq yük qoyulmalıdır.
Mebellər yalnız təyinatı üzrə istifadə olunmalıdır. Onların üzərinə çıxmaq, lampa bağlamaq və ya pərdə asmaq məqsədilə istifadə etmək qəti qadağandır.
Mətbəx dəzgahlarının üzərinə birbaşa isti əşyalar qoymaq olmaz.
Mebelin yerləşdiyi məkanda nisbi rütubət səviyyəsi 40–60% arasında olmalıdır. Əks halda, nəm və toz nəticəsində kiflənmə və ləkələnmə baş verə bilər.
Ağır mebel hissələrinin (çarpayı, dolab və s.) qurulu vəziyyətdə sürüklənməsi qadağandır. Bu, bağlantı hissələrinin zədələnməsinə səbəb ola bilər.
Yumşaq mebelləri daşınarkən hər iki tərəfdən qaldırılmalı, ehtiyac olduqda demontaj edilərək aparılmalıdır.
Yumşaq mebel üzərində ütü istifadə etmək qəti şəkildə qadağandır.
Kitab tipli açılan mebellərin istifadəsi zamanı uşaqların yaxınlıqda olmamasına diqqət edilməlidir.
Yumşaq mebellərin üzərindəki ləkələr turşu, qələvi və ya spirt tərkibli maddələrlə deyil, sabun əsaslı məhsullarla təmizlənməlidir.
Bütün haqları qorunur @ Perla Furniture 2024