Zəmanət müddəti məhsulun satış tarixindən etibarən 24 ay təşkil edir.
Bütün modullar zəmanətə daxildir.
Problem yarandığı halda, məhsul istehsalçı tərəfindən geri götürülür, təmir olunur və təkrar müştəriyə təqdim edilir.
Təmir müddəti maksimum 30 iş günüdür.
Əgər qüsur material, işçilik və ya quraşdırma səbəbindən yaranıbsa, bütün təmir xərcləri istehsalçı şirkət tərəfindən qarşılanır.
Məhsul yalnız aşağıdakı hallarda yenisi ilə PULSUZ əvəzlənə bilər:
Eyni qüsur bir il ərzində üç dəfədən artıq təkrarlanıbsa;
Eyni məhsulda beş fərqli qüsur meydana gəlibsə;
Təmir müddəti olan 30 iş günü aşılmışsa;
Mebel ekspert rəyi ilə təmirə yararsız hesab edilibsə.
Qulluq qaydalarının pozulması,
Quraşdırma və müdaxilənin şirkət tərəfindən təyin olunmamış şəxslər tərəfindən aparılması,
Zəmanət müddətinin başa çatması,
Mebeldə mexaniki zədələrin olması,
Həddindən artıq yükləmə halları,
Təbii fəlakət nəticəsində zədələnmələr,
İstehlakçının ehtiyatsız və ya bilərəkdən zərər yetirməsi,
Zərərli maddələrlə təmizləmə halları,
İşıqlandırma və elektrik aksessuarlarının sıradan çıxması.
Bu hallarda göstərilən bütün xidmətlər ödənişlidir və şirkət tərəfindən müəyyən olunmuş tariflərə əsasən həyata keçirilir.
Problemin xarakteri şirkətimizin eksperti tərəfindən baxış keçirilərkən tərtib olunan aktla müəyyən edilir.
Zəmanətli və ya ödənişli xidmətlər üçün zəmanət talonunun təqdim olunması mütləqdir.
Bütün haqları qorunur @ Perla Furniture 2024