918
Məlumatların Konfidensiallığı

Şirkət, istifadəçilərin veb-saytdan təhlükəsiz istifadə etməsini və fərdi məlumatlarının məxfiliyini qoruyur.

İstifadəçinin təqdim etdiyi məlumatlar (“Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq) qorunur və yazılı razılıq olmadan üçüncü şəxslərə ötürülmür, qanunla müəyyən edilmiş hallar istisna olmaqla.

Cinayət və inzibati xətaların araşdırılması, qarşısının alınması məqsədilə hüquq-mühafizə və məhkəmə orqanlarının rəsmi sorğuları əsasında məlumatlar təqdim edilə bilər.

İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır və konfidensiallıq qaydalarına riayət etməlidir.

Veb-saytda yerləşdirilən bütün məlumatlar məxfi hesab edilir və Şirkət tərəfindən qorunur. Şəxsi məlumatlar bazasının idarəedicisi Şirkətdir.