Haqqımızda

Foriella MMC və Perla brendinin hekayəsi.

Perla brendi Foriella MMC-yə məxsusdur. Şirkət funksional dizaynı, dayanıqlı keyfiyyəti və əlçatan qiyməti birləşdirərək evlərə rahatlıq gətirmək məqsədi ilə fəaliyyət göstərir. VÖEN 2903400661

Şirkətin yolu
2015

Başlanğıc

Foriella-nın hekayəsi Sumqayıtda, cəmi 1000 m² istehsal sahəsində başladı.

2017

Balaxanı Sənaye Parkı

Qısa müddətdə inkişaf edən şirkət Balaxanı Sənaye Parkına köçərək parkın rezidenti oldu.

2018

Perla brendinin doğuşu

Perla brendi yaradıldı və ilk Perla mağazası Lənkəran şəhərində fəaliyyətə başladı. Həmin ildə Foriella Masallı Sənaye Məhəlləsində döşək istehsalına start verdi.

2019

Qlobal bazara açılış

Foriella qlobal bazara açıldı: əvvəlcə Gürcüstan, daha sonra Amerika Birləşmiş Ştatları, ardından isə Qazaxıstan bazarına ixracata başladı.

2025

İstehsal gücünün genişlənməsi

Yeni fabrikin istifadəyə verilməsi ilə ümumi istehsal gücü daha da genişləndi: istehsal sahəsi 20.000 m² artaraq 40.000 m²-ə çatdı.

47 Mağaza, ölkə üzrə
40.000 m² İstehsal sahəsi
3 Beynəlxalq bazar
2015 Təsis ili
Məqsədimiz

Bu gün Perla, ölkə üzrə 47 mağaza ilə geniş şəbəkəyə sahibdir. Məqsədimiz sadədir: funksional dizaynı, dayanıqlı keyfiyyəti və əlçatan qiyməti birləşdirərək evlərə rahatlıq gətirmək.

cultureSettings.RegionId: 0 cultureSettings.LanguageCode: AZ