Perla brendi Foriella MMC-yə məxsusdur. Şirkət funksional dizaynı, dayanıqlı keyfiyyəti və əlçatan qiyməti birləşdirərək evlərə rahatlıq gətirmək məqsədi ilə fəaliyyət göstərir. VÖEN 2903400661
Foriella-nın hekayəsi Sumqayıtda, cəmi 1000 m² istehsal sahəsində başladı.
Qısa müddətdə inkişaf edən şirkət Balaxanı Sənaye Parkına köçərək parkın rezidenti oldu.
Perla brendi yaradıldı və ilk Perla mağazası Lənkəran şəhərində fəaliyyətə başladı. Həmin ildə Foriella Masallı Sənaye Məhəlləsində döşək istehsalına start verdi.
Foriella qlobal bazara açıldı: əvvəlcə Gürcüstan, daha sonra Amerika Birləşmiş Ştatları, ardından isə Qazaxıstan bazarına ixracata başladı.
Yeni fabrikin istifadəyə verilməsi ilə ümumi istehsal gücü daha da genişləndi: istehsal sahəsi 20.000 m² artaraq 40.000 m²-ə çatdı.
Bu gün Perla, ölkə üzrə 47 mağaza ilə geniş şəbəkəyə sahibdir. Məqsədimiz sadədir: funksional dizaynı, dayanıqlı keyfiyyəti və əlçatan qiyməti birləşdirərək evlərə rahatlıq gətirmək.
Internet Explorer tarayıcısının 9.0 ve daha eski sürümlerini desteklememekteyiz. Web sitemizi doğru görüntüleyebilmek için tarayıcınızı güncelleyebilirsiniz, güncelleyemiyorsanız başka bir tarayıcıyı ücretsiz yükleyebilirsiniz.