Haqqımızda


“Perla” Foriella şirkətinə aid olan və 2018-ci ildən fəaliyyətə başlayan mebel brendidir. Şirkət bu brend adı altında ev mebeli istehsalı və satışını həyata keçirməkdədir. “Foriella” MMC istehsal fəaliyyətini Bakı şəhərində yerləşən Balaxanı Sənaye Parkında və Masallı Sənaye Məhəlləsindəki fabriklərində, ümumilikdə 13 000 m2 istehsal sahəsində təşkil etmişdir.

Perla brendi altında yataq, qonaq, yumşaq, uşaq mebelləri, döşək və digər mebel məhsulları istehsal edilməkdədir. Firma çox geniş çeşidli məhsul portfeli ilə Azərbaycan Respublikasından başqa öz məhsullarını Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxstan, Tacikistan, Qırğızıstan və digər ölkələrə ixrac edir.

Missiyamız – insanların zövqlü dizayn və yüksək keyfiyyətə malik mebel məhsullarını ən münasib qiymətə əldə etmələrinə, onların arzuladığı ev mühitini formalaşdırmalarına kömək etməkdir.

Bu missiyaya uyğun olaraq şirkət məhsulun dizaynı, qiymətinin münasibliyi, istehlakçılara rahat əldə edəbilmə imkanı yaradılması istiqamətlərində daima özünü təkmilləşdirməkdədir.

Şirkətimiz mebel sektorunda geniş təcrübəyə və yüksək peşəkar səviyyəyə malik kadrlardan təşkil olunmuşdur.

Məhsullarımızda istifadə edilən xammal və materiallar mebel sektorunda dünyanın ən öndə gələn ölkələrindən tədarük edilməkdədir. Almaniya, Rusiya, İtaliya, Polşa, Türkiyə kimi bir çox ölkələrin qabaqcıl şirkətləri ilə əməkdaşlıq  etməkdədir.

İstehsal texnologiyalarımız ən müasir standartlara cavab verməkdə olub, bütün istehsal xətlərimiz Almaniya istehsalı olan avadanlıqlardan ibarətdir.

Keçidlər


foriella.com

Son xəbərlər


Keçidlər


foriella.com

Son xəbərlər